SON XƏBƏR

Şirkətlər “Yapı Kredi Bank Azərbaycan“dan əmanətlərini geri çəkib - 3,2 milyonluq azalma

Aprel 25
23:09 2023
"Yapı Kredi Bank Azərbaycan" ASC 2023-cü ilin I rübündə 2,2 milyon manat xalis mənfəət əldə edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 5,3 dəfə çoxdur. Bank 2022-ci ilin ilk rübündə 400,1 min manat xalis mənfəət açıqlamışdı.

APA bu barədə bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata görə, bankın faiz gəlirlərinin həcmi illik müqayisədə 45,6% artaraq 8,3 mln. manat təşkil edib. Bankın faiz xərcləri 51,3% artaraq 597,7 milyon manat olub. Nəticədə bankın xalis faiz gəlirləri 7,7 manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 42,6% çoxdur. Bankın qeyri-faiz gəliri 7,7% artaraq 4,3mln. manat, qeyri-faiz xərcləri isə 16,2% artaraq 8,7 mln. manat təşkil edib. 2023-cü ilin I rübündən bank mümkün zərərlər üzrə ehtiyatları 3,2 dəfə azaldaraq 351.58 min manata endirib.

1 aprel 2022-ci il tarixinə bankın cəmi aktivləri 23,1% artaraq 485,5 milyon manata, o cümlədən kredit portfeli 45,6% böyüyərək 198,7 milyon manata çatıb. "Yapı Kredi Bank Azərbaycan"ın öhdəlikləri isə 27,9% artaraq 399,1 milyon manata, o cümlədən depozit portfeli 28,1% artaraq 365,7 milyon manata yüksəlib. Bununla belə, şirkətlər bankdakı depozitlərini 1,4% və ya 3,2 milyon manat azaldaraq 279,9 milyon manata endiriblər.

Bu ilin birinci rübündə bank cəmi kapitalını 5,4% və ya 4,3 milyon manat artıraraq 86,4 milyon manata çatdırıb.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook