Şirzad Abdullayev: 2016-cı ilin ötən dövrü ərzində 1209 sahibkara 66 milyon manat güzəştli kredit verilib
İyun 29
23:46
2016
2016-cı ilin ötən dövrü ərzində 1209 sahibkara 66 milyon manat güzəştli kredit verilib. Bunu Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib.
Ş. Abdullayev bildirib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2800-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
«Təkcə, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2891 investisiya layihəsinin maliyyələşdirilməsinə 105,6 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı, cins heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, meyvə-tərəvəz emalı, tikinti materialları, süfrə suları, mebel istehsalı müəssisələrinin, çayçılıq, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 10 min 500-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb»- deyə, icraçı direktor qeyd edib.
Qlobal.az