Siyarto: Azərbaycan olmadan Avropanın qaz təchizatını təsəvvür etmək mümkün deyil
İyun 05
15:07
2024
"Macarıstan Azərbaycanın illik hasilat həcmi 30 milyard kubmetr qaz təşkil edən "Şahdəniz" qaz yatağında pay əldə edəcək".
APA-nın xəbərinə görə, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan xarici işlər naziri ilə Bakıda bugünkü mətbuat konfransında deyib.
O əlavə edib ki, Azərbaycan olmadan Avropanın qaz təchizatını təsəvvür etmək mümkün deyil:
"Azərbaycan Macarıstanın enerji təhlükəsizliyində çox önəmli bir oyunçudur. Bu isə uzunmüddətli sabitliyi təmin edir. Bu il ilk dəfə Macarıstan SOCAR-dan 50 min kubmetr qaz alıb. Eyni zamanda, Macarıstanın Azərbaycanın yaşıl enerji sektoruna yatırdığı investisiyalar 2 milyard dollara çatıb”.