Slovakiya bölgədə nüvə silahının yerləşdirilməsi üçün səbəb görmür
İyul 10
09:04
2023
Slovakiyanın müdafiə naziri Martin Sklenar bölgədə nüvə silahının yerləşdirilməsi üçün heç bir səbəb görmədiyini deyib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə Slovakiyanın pravda.sk nəşrinə bildirib.
Nazir Polşanın öz ərazisində ABŞ-ın nüvə silahlarını yerləşdirmək istəyini şərh edərkən "Polşa nümayəndələrindən onları bu cür istəklərə nəyin vadar etdiyini soruşmağı tövsiyə edirik", deyib.
Bundan əvvəl Polşanın baş naziri Mateuş Moravetski Varşavanın respublika ərazisində Amerika nüvə silahlarını yerləşdirmək istədiyini açıqlamışdı. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Qərbi qorxutduğu və şantaj etdiyi, Belarus ərazisində taktiki nüvə silahlarının yerləşdirildiyini bəyan etdiyi anda, Polşa da ən yüksək səviyyədə təhlükəsizliyə sahib olmaq istəyir.
Moravetskinin sözlərinə görə, Varşava Polşa dövlətinin təhlükəsizliyini gücləndirmək üçün hər şeyi edir.