Slovakiyanın Baş nazirinin son vəziyyəti açıqlanıb
May 24
18:26
2024
Bu yaxınlarda silahlı hücuma məruz qaldıqdan sonra xəstəxanaya yerləşdirilən Slovakiyanın Baş naziri Robert Fikonun son vəziyyəti açıqlanıb.
Fikonun müalicə olunduğu Banska Bystrica şəhərindəki Ruzvelt Universiteti Xəstəxanasından verilən açıqlamada Baş nazirin sağlamlıq vəziyyətinin stabil olduğu, səhhətində cüzi yaxşılaşmanın müşahidə edildiyi bildirilib.
Qeyd edək ki, Slovakiyanın baş naziri Robert Fiko mayın 15-də paytaxt Bratislavadan təxminən 180 kilometr şimal-şərqdə yerləşən Handlova qəsəbəsində mədəniyyət mərkəzinin qarşısında silahlı hücuma məruz qalmışdı.
Xəstəxana rəsmiləri 59 yaşlı baş nazirin sağlamlıq vəziyyətindəki yaxşılaşmanın davam edəcəyinə inandıqlarını deyiblər.