Slutski: “Ərdoğan ədalətli və rəqabətli mübarizədə qalib gəldi”
İyun 25
17:42
2018
Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə prezidenti seçilməsi Moskva-Ankara münasibətlərinin inkişafı üzrə gözləntiləri saxlayacaq
Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq işlər komitəsinin sədri Leonid Slutski deyib.
L.Slutski R.T.Ərdoğanın ədalətli və rəqabətli mübarizədə qalib gəldiyini qeyd edib: "Türkiyədə parlament və prezident seçkiləri azad və demokratik şəkildə keçdi".
O bildirib ki, Türkiyə Rusiya üçün mühüm strateji tərəfdaşdır: "Biz birgə səylərlə Suriyada terrorçuluqla mübarizə aparırıq, regionda təhlükəsizliyin təmini üçün addımlar atırıq".
Qeyd edək ki, iyunun 24-də Türkiyədə keçirilən prezident seçkilərində R.T.Ərdoğan 52,5 faiz səslə qalib gəlib. Müxalif Cümhuriyyət Xalq Partiyasından olan Məhərrəm İncə isə səslərin 30,7 faizini toplayıb.(trend)