SOCAR “Günəşli”dəki 431 nömrəli quyu əsaslı təmirdən sonra istismara verdi
Noyabr 29
10:19
2016
Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli” yatağındakı 15 nömrəli dərin dəniz özülündə 431 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
SOCAR-ın mətbuat xidmətindən Qlobal.az-a bildirilib ki, quyu qirməki üstü qumlu lay dəstəsindən fontan üsulu ilə məhsul verib, 3749-3725 metr intervallarından gündəlik 52 ton neft və 31 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri "Azneft” İstehsalat Birliyinin "28 May” neft və qazçıxarma idarəsi (NQÇİ) tərəfindən həyata keçirilir.