SOCAR ilə OPEC arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib
İyun 20
08:32
2023
SOCAR ilə OPEC arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
"Report” xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf iyunun 19-da OPEC-in baş katibi Haysam Əl-Qays ilə görüşüb.
Görüşdə Azərbaycan ilə OPEC arasında uzunmüddətli səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, qarşılıqlı əlaqələrin uğurla inkişaf etdiyi bildirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışı ilə yaradılan "OPEC+” formatının strateji əhəmiyyət daşıdığı, bu xüsusda neft bazarlarının tənzimlənməsinə, tələb və təklif arasındakı balansın təmin edilməsinə dəyərli töhfə verdiyi diqqətə çatdırılıb.