SOCAR-ın ölkələr üzrə gəlirləri açıqlandı – SİYAHI
İyun 30
13:52
2020
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2019-cu ildə İsveçrədəki aktivindən gəlirləri 63,735 mlrd manat təşkil edib.
Qlobal.az "Report”a istinadla xəbər verir ki, bu barədə SOCAR-ın "Ernst&Young” (EY) şirkəti tərəfindən audit olunmuş 2019-cu il üzrə konsolidasiya olunmuş maliyyə hesabatlarında qeyd olunub.
Şirkətin ötən il İsveçrədən gəliri ümumi gəlirlərin 76%-ni təşkil edib.
SOCAR-ın Azərbaycandakı gəlirləri 6,145 mlrd manat, Türkiyədəki 9,377 mlrd manat, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 1,722 mlrd manat, Gürcüstanda 1,172 mlrd manat, digər ölkələrdəki gəlirləri isə 1,601 mlrd manat təşkil edib.
Şirkətin İsveçrədəki gəlirləri 2018-ci ildən 30%, Azərbaycandakı gəlirləri 7%, BƏƏ-dəki gəlirləri 26,8%, digər ölkələrdəki gəlirləri 1,2% azalıb, Türkiyədəki gəlirləri 88,6%, Gürcüstandakı gəlirləri 4,3% artıb.