SOCAR İsrailin Aralıq dənizindəki ərazisində qaz axtaracaq
Oktyabr 30
10:28
2023
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsrailin Aralıq dənizindəki eksklüziv iqtisadi zonasında qaz axtarışı üzrə tenderin qalibi olub.
Belə ki, G-6 klasterində lisenziya İsrailin "Dana Petroleum” və "Razio” şirkətləri və İtaliyanın ENI konsorsiumuna veriləcək. I-6 klasterində isə lisenziya İsrailin "New Med”, Böyük Britaniyanın "British Petroleum” və SOCAR-a veriləcək.
Bildirilir ki, lisenziyalar 3 il müddətinə etibarlıdır və bu müddət ərzində konsorsiumlardan klasterdə qazın mövcudluğu potensialını qiymətləndirmək üçün fəaliyyət planını həyata keçirmələri tələb olunur. Bundan sonra, kəşfiyyat qazma işlərinin həyata keçirilməsi şərti ilə hər birinin iki illik iki uzadılması əldə edilə bilər.
Qeyd edək ki, ENI və BP Aralıq dənizi qaz bazarında əsas oyunçulardır. 2020-ci ildə Azərbaycan şirkəti "Aşdod" neft emalı zavodunu almaq üçün müraciət edib.
"Report”un İsrail mətbuatına istinadən verdiyi məlumata görə, İsrailin Energetika Nazirliyi ölkənin Aralıq dənizindəki eksklüziv iqtisadi zonasında qaz axtarışı üzrə iki tenderin qaliblərini elan edib.