SON XƏBƏR

"SOCAR neft kapitalının insan kapitalına çevrilməsi işinin öhdəsindən layiqincə gəlir" (ŞƏRH)

İyun 18
16:09 2020
Azərbaycanda neft kapitalının insan kapitalına çevrilməsi çərçivəsində işlər görülür. Bu strategiya çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) təhsilə əhəmiyyətli investisiyalar qoyur. Şirkət bu istiqamətdə bir sıra proqramalar həyata keçirir. Bura SOCAR-ın Daxili və Xarici Təqaüd Proqramları daxildir. Bundan başqa, şirkət 2008-ci ildən etibarən Gürcüstanın dövlət universitetlərində təhsil alan azərbaycanlı tələbələrin təhsil ödənişlərini edir. 2019-cu ildə bu tələbələrin sayı 1 980 nəfər olub. 2013-2017-ci illər ərzində şirkət tərəfindən Gürcüstanın dövlət universitetlərində təhsil alan 120 azərbaycanlı əlaçı tələbəyə də təqaüd verilib.

Elə bu gün Dünya Axıska Türkləri Birliyi Gürcüstandakı müxtəlif universitetlərdə təhsil alan, Axıska türkü olan tələbələrə təqaüdlərin verilməsinə görə SOCAR-a təşəkkür məktubu da ünvanlayıb.

Ümumiyyətlə, SOCAR neft kapitalının insan kapitalına çevrilməsiişinin öhdəsindən gəlirmi?

Təhsil üzrə ekspert Elçin Əfəndi "Report"a bildirib ki, SOCAR üzərinə götürdüyü bu missiyanın öhdəsindən layiqincə gəlir:

"Təbii ki, şirkət bu işdə üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirir. Hazırda görülən işləri təqdirəlayiq saymaq olar. Bu gün SOCAR faktiki olaraq ölkə iqtisadiyyatının flaqmanıdır. Onun sahib olduğu geniş maliyyə imkanları və təcrübə baxımından bu prosesin önündə olması mühüm əhəmiyyət kəsb edir. Şirkətin Təqaüd Proqramı çərçivəsində nüfuzlu xarici universitetlərdən məzun olan kadrlar vətənə qayıdaraq milli iqtisadiyyatın inkişafına töhfələrini verirlər. Həmçinin onların bir çoxu akademik fəaliyyətlə məşğul olaraq əldə etdikləri bilik və bacarıqları yerli universitetlərin tələbələrinə ötürürlər”.

O, SOCAR-ın qeyri-neft sektorunda da lider olmasına diqqət çəkib: "Neft gəlirlərinin insan kapitalına sərf olunması, qeyri-neft sektorunun inkişafı baxımından çox vacibdir. Şirkətin bu sahədə həyata keçirdiyi layihələr nəticəsində qeyri-neft sektorunun aparıcı müəssisələrindən olan "SOCAR Polymer", "SOCAR Methanol", "SOCAR Carbamide" kimi müəssisələrdə ən mürəkkəb prosesləri məhz milli kadrlarımız idarə edirlər”.

Onun fikrincə, biliklər sürətlə dəyişir, yeni ixtisaslar meydana çıxır, bunlara çevik reaksiya vermək milli iqtisadiyyatın perspektivi baxımından mühüm əhəmiyyətə malikdir.

"Bu mənada SOCAR neft kapitalının insan kapitalına çevirməsi prosesində üzərinə daha aktiv rol almalıdır. Onun dəstəyi neft sektoru üçün milli kadrların hazırlanması ilə məhdudlaşmamalıdır. Bir neçə il sonra aktual olacaq ixtisaslar üzrə kadrların yetişdirilməsinə xüsusi diqqət ayrılmalıdır. Bu gələcəyin kadr bankının formalaşmasına əhəmiyyətli töhfə olacaq”,- E.Əfəndi vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook