SOCAR Türkiyədə film festivalına sponsorluq edir
Noyabr 09
13:10
2017
Türkiyədə "SOCAR-Türkiyə” şirkətinin sponsorluğu ilə Malatya Beynəlxalq Film Festivalı başlayır. 9-16 noyabrda keçiriləcək festivalda kinosevərlər 7-ci dəfə bir araya gələcək. Dörd əsas kateqoriya üzrə finala qalan 12 film nümayiş olunacaq.
Malatya film festivalında "Nabat”, "40-cı qapı” kimi uzun metrajlı filmləri ilə tanınan məşhur azərbaycanlı rejissor Elçin Musaoğlu tərəfindən çəkilən bir sənədli film nümayiş olunacaq.
Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, "SOCAR Türkiyə” şirkətinin xarici əlaqələr üzrə rəhbəri Murad Lekompte bildirib ki, 19,5 milyard dollarlıq yatırımla Türkiyənin ən böyük xarici yatırımçısı kimi həmişə incəsənətə və mədəniyyətə dəstək verəcəklər: " "SOCAR-Türkiyə” şirkəti olaraq dünya mədəniyyətinə fayda verməyi çox vacib hesab edirik. 7-ci sənət kimi tanınan kinonun mədəniyyətin bir hissəsi olduğu mübahisə mövzusu ola bilməz. Festivalda Azərbaycanlı rejissor tərəfindən çəkilən sənədli film də iki qardaş ölkə arasında mədəni əlaqələrdə körpü qurulması baxımından bizim üçün çox böyük əhəmiyyət daşıyır. Bu baxımdan Türkiyənin ən önəmli mədəniyyət mərkəzlərindən olan Malatyada ərsəyə gətirilən bu film festivalına dəstək verməyimizlə qürur duyuruq”, - deyə SOCAR rəsmisi bildirib.
Malatya film festivalında "Nabat”, "40-cı qapı” kimi uzun metrajlı filmləri ilə tanınan məşhur azərbaycanlı rejissor Elçin Musaoğlu tərəfindən çəkilən bir sənədli film nümayiş olunacaq.
Festivalın bağlanış mərasimində İran kino sənayesinin ustadlarından olan Raxşan Bani- Etimad da iştirak edəcək.
Qlobal.Az