“Societe de Courtage” Sığorta və Təkrarsığorta Brokeri iflas ola bilər
Aprel 06
09:38
2020
"Societe de Courtage” Sığorta və Təkrarsığorta Brokeri MMC 2019-cu ili zərər ilə başa vurub.
Şirkətin gəlirləri sair gəlirlər üzrə 239 min 375 manat olub. Xərcləri isə işlərin aparılması üzrə 238 min 368 manat, sair xərclər üzrə 482 manat olub.
"Societe de Courtage” MMC ötən il 524 manat mənfəət əldə edib, 2 428 manat mənfəət vergisi ödədikdən sonra şirkət 1 903 manat zərərə düşüb.
Şirkətin hesabat dövrünün sonuna olan cəmi aktivləri 356 min 882 manat, cəmi öhdəlikləri 131 min 751 manat olub.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə şirkətin cəmi gəlirləri 239 min 374 manat, cəmi xərcləri 238 min 850 manat olub.
"Societe de Courtage” MMC ötən il 524 manat mənfəət əldə edib, 2 428 manat mənfəət vergisi ödədikdən sonra şirkət 1 903 manat zərərə düşüb.
Şirkətin hesabat dövrünün sonuna olan cəmi aktivləri 356 min 882 manat, cəmi öhdəlikləri 131 min 751 manat olub.
Qeyd edək ki, 2018-ci ildə "Societe de Courtage”ın cəmi gəlirləri 241 min 976 manat, cəmi xərcləri 241 min 64 manat təşkil etmiş, əməliyyat mənfəəti 912 manat, 2 234 manat mənfəət vergisi hesablandığından həmin il 1322 manat zərər yaranmışdı.