SON XƏBƏR

Şolts Baydenə “Leopard”ların Ukraynaya verilməsi şərtini açıqladı - KİV

Yanvar 19
10:33 2023
Əgər ABŞ Ukraynanı eyni vaxtda "Abrams” tankları ilə təchiz edərsə, Almaniya kansleri Olaf Şolts "Leopard” tanklarının Ukraynaya təhvil verilməsinə razılıq verəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Süddeutsche Zeitung” nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, çərşənbə axşamı ABŞ prezidenti Co Baydenlə danışıqlar zamanı Şolts "aydın bildirib” ki, əgər ABŞ Ukraynaya "Abrams” versə, Almaniya tank tədarük etməyə razılaşa bilər. Almaniya kansleri daha əvvəl vurğulayıb ki, Almaniya Ukraynaya hərbi yardım məsələsində təkbaşına hərəkət etməyəcək.

"Süddeutsche Zeitung”un bildirdiyinə görə, Şoltsa təzyiq təkcə avropalı tərəfdaşlar arasında deyil, həm də onun Sosial Demokrat partiyası daxilində də artır.

Daha əvvəl Almaniya Beynəlxalq və təhlükəsizlik məsələləri institutunun analitiki Klaudiya Mayor "The New York Times” qəzetinə bildirib ki, o, "Şoltsun hərəkətə keçməsi üçün Vaşinqtondan bircə "Abrams”ın kifayət edəcəyinə” inanır.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook