SON XƏBƏR

Şolts və Zelenski birgə çağırış ediblər

Noyabr 01
10:31 2022
Almaniya kansleri Olaf Şolts Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrait məlumat verib.

Tərəflər dünyada ərzaq böhranını gərginləşdirməmək üçün taxıl sazişini təhlükəyə atmamağa çağırış ediblər.

"Kansler Şolts bu gün Ukrayna Prezidenti Zelenski ilə telefonla danışıb və Ukraynadakı hərbi-siyasi və humanitar vəziyyət, eləcə də gələcək dəstək variantları, o cümlədən yenidənqurma ilə bağlı fikir mübadiləsi aparıb”, - deyə Hebeştreit bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook