SON XƏBƏR

Şolts yenə Putinə zəng edəcək: Qərb savaşının bitməsini istəyir?

May 26
22:53 2023
"Olaf Şoltsun bu təşəbbüsü müharibənin dayandırılmasına nail olmaq məqsədi daşıyır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi ekspert Qulamhüseyn Əlibəyli Almaniya kansleri Olaf Şoltsun Ukraynada baş verənləri müzakirə etmək üçün Rusiya prezidenti Vladimir Putinlə yenidən telefonla danışmağı planlaşdırdığı barədə səsləndirdiyi fikri şərh edərkən deyib.

Ekspert bildirib ki, həm ABŞ, həm də Avropa Birliyi ölkələri müharibənin artıq başa çatmasında və hər hansı bir formada sülh müqaviləsinin imzalanmasında maraqlıdırlar:
 
"Gedən proseslərə nəzər salsaq görərik ki, həm ABŞ, həm də Avropa Birliyi ölkələri müharibənin artıq başa çatmasında və hər hansı bir formada sülh müqaviləsinin imzalanmasında maraqlıdırlar. Rusiya ilə əlaqələrin kəsilməsi, bu ölkədən gələn mallara qadağalar qoyulması tək Rusiya iqtisadiyyatına deyil, Qərb ölkələrinin iqtisadiyyatına da mənfi təsir edir. Ona görə də Qərbdə də bir çox dairələr müharibənin bitməsində maraqlı görünürlər. 

Bu yaxınlarda prosesə Roma Papasinin da müdaxilə etməsi onu göstərir ki, Qərb ölkələri müharibənin hansısa bir formada yekunlaşmasını istəyirlər. Bu da fikrimcə, daha çox Ukraynanın güzəştə getməsi hesabına ola bilər. Bütün bunların nəticəsi olaraq belə təşəbbüslər meydana gəlir. Hesab edirəm ki, Şoltsun təşəbbüsü də bütövlükdə müharibənin dayandırılmasına nail olmaq məqsədi daşıyan təşəbbüsdür. Gələcəkdə Rusiya ilə münasibətlərin formalaşması və əlaqələrin qurulması da bundan asılı olacaq. 

Müharibənin dayandırılması istiqamətində təşəbbüslərin reallaşması çətindir. Amma hər halda buna cəhd edirlər. İndiki məqamda tərəflərdən heç biri geri çəkilmək istəmir. Ukrayna hərbi cəhətdən Qərbdən asılıdır. Ona görə də Ukraynaya təzyiq göstərmək daha asandır”. 

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə Ukraynada baş verənləri zamanla yenidən telefonla müzakirə etməyi planlaşdırdığını bildirib. "Mən uyğun vaxtda Putinlə yenidən danışmaq niyyətindəyəm", Şolts deyib. 

Şolts və Putin arasında sonuncu telefon danışığı ötən il dekabrın 2-də baş tutub. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook