SON XƏBƏR

Son 2 ayda Azərbaycan iqtisadiyyatını hansı çətinliklər gözləyir? - Ekspert rəyi

Noyabr 02
13:47 2016
İlin sonu yaxınlaşdıqca dolların bahalaşması prosesi sürətlənir. FES-in bu ilin sonuna kimi uçot dərəcəsini artırma ehtimalları da günbəgün artır. Belə olan təqdirdə hökumət nə etməlidir? 

Son iki ayda Azərbaycan iqtisadiyyatının hansı çətinliyi olacaq? İqtisadçı ekspert Qubad İbadoğlu Qaynarinfo.Az-a son iki ayın çətinliklərini açıqlayıb:

"Əgər ölkədə sürətli və kompleks islahatlar başlamasa bu dəyişikliklərdən ən çox əziyyət çəkən istehlakçılar olacaq. Belə ki:

1) Tədiyə balansının kəsiri artacaq. Noyabrın 30-da OPEC neft hasilatının müəyyən səviyyədə dondurulması məsələsində razılaşma əldə etməzsə, neftin dünya bazar qiymətləri ucuzlaşacaq. Bu da ilin sonunda ölkənin əsas ixrac məhsulundən əldə edilən valyuta gəlirlərinin azalmasına gətirib çıxaracaq və tədiyə balansının cari hesablar planının kəsirinin artımını sürətləndirəək. Noyabrın 2-də dünya bazarında 1 barel Brend neftinin qiyməti 47,7 dollar olub.

2) Mərkəzi Bankın valyuta ehtiyyatları azalacaq. Bu ilin son aylarında dövlətin, şirkətlərin, bankları xarici valyuta ilə borc öhdəlikləriin artımı dollara tələbatın çoxalmasını şərtləndirəcək. Hətta Dövlət Neft Fondunun müdaxiləsi davam etsə də belə Mərkəzi Bankın valyuta ehtiyatarı çoxdan qorunan qırmızı xətti keçərək 4 milyard dollardan da aşağı düşəcək. Oktyabr ayının 30-a Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyyatlarının həcmi 4 mlrd. 5,5 mln. ABŞ dolları təşkil edib.

3) Qiymətlər daha sürətlə bahalaşacaq.Manatın məzənnəsinin ucuzlaşması, mövsümü amillərin fəallaşması və dövriyyədə pul bazasınin artması istehlak qiymətləri indeksini yüksəldəcək. Bu ilin oktyabrında ölkədə pul bazası 9,4 faiz artaraq 7,4 milyard manat olub.

4) Dövlət büdcənin kəsiri artacaq. Son 2 ayda dövlət büdcəsinin xərcləmələrinin artması onun kəsirini çoxalmasını şərtləndirəcək. Bu ilin 9 ayında dövlət büdcəsinin 519,1 mln. manat məbləğində kəsiri (defisit) yaranıb. Həmin dövrdə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 12,5 faiz az icra olunub.

5) Manatın məzənnəsi ucuzlaşacaq. Çünki, müşahidələr göstərir ki, Mərkəzi Bankın məzənnə siyasətindəki son dəyişiklik onun gerçək kursunun müəyyənləşməsinə hədəflənib. Bu siyasəti kifayət qədər vaxt itirəndən sonra gec də məqbul hesab edən Mərkəzi Bankı hazırkı yanaşması indiki halda daha düzgündür. Manatın məzənnəsinin ucuzlaşmasına təsir göstərən amillərdən biri də ABŞ-da FED faizləri artırmaq ehtimalının getdikcə artmasıdır. Əgər bu gün gözlənilən qərar verilməzsə, onda dekabrın 13-14-də keçiriləcək növbəti və son iclasda bu qərar qaçılmazdır".
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook