SON XƏBƏR

Son üç 1/8 finalçı müəyyənləşdi

Oktyabr 15
00:52 2015
Bu gün Azərbaycan kubokunda 1/16 final mərhələsinin oyunlarına start verilib.
 
Qol.az-ın məlumatına görə, bu mərhələnin hər üç oyunu eyni gündə keçirilib. Birinci divizion təmsilçilərinin iştirakı ilə keçirilən 1/16 final mərhələsində cütün taleyi bir oyundan ibarət olur. Səfərdə "Şahdağ"la qarşılaşan "Şəmkir" 3:1 hesablı qələbə qazanaraq 1/8 finala yüksəlib. Bölgə təmsilçisi bu mərhələdə "Qarabağ"la qarşılaşacaq. MOİKi 1:0 hesabı ilə məğlub edən "Turan Tovuz” növbəti mərhələdə "İnter"ə rəqib olub. Günün son qarşılaşması "Şərurspor” və "Qaradağ-Lökbatan” arasında keçirilib. Görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda komandalar hərəyə bir dəfə fərqlənib - 3:3. Penaltilər seriyasında daha dəqiq oynayan (5:4) "Qaradağ Lökbatan" klubu 1/8 finala adlayıb. Bu komanda 1/8 finalda "Neftçi" ilə qarşılaşacaq. Qeyd edək ki, Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları dekabrın 2-də keçiriləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook