SON XƏBƏR

“Son vaxtlar 50-100 qramdan artıq içmirəm…”– Jurnalistləri təhqir edən akademikdən yeni açıqlamalar

Aprel 02
13:01 2018
Azərbaycan jurnalistlərinin təhqir edən Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov yeni açıqlama verib. 

Akademikin Unikal.org saytına qısa müsahibəsini təqdim edirik:

- Ramiz müəllim, KİV rəhbərləri sizdən dediyiniz ifadələrə görə, üzrxahlıq gözləyirlər. Sözlərinizin üstündə durursunuzmu?

– Xeyr. Mən emosional olub, bu fikirləri səsləndirmişəm. Əsəbi olmasaydım, deməzdim. Amma bu fikrimin üzərində dayanıram ki, bizim jurnalistlərin əksəriyyəti savadsızdır. Mən "küçük” ifadəsini də bir jurnalistə həvalə edirəm. O adam məni doğrudan da biabır edib. Guya mən demişəm ki, "Bakıda qar yağmayacaq”.

- Nə üçün bir jurnalistə görə, bütün mətbuatı təhqir etdiniz?

– Bir daha deyirəm, emosional idim. Mən heç vaxt deməmişəm ki, Bakıda qar yağmayacaq. O adam mənim adımdan məqaləni yayımladıqdan sonra, Qeyri Hökumt Təşkilatının bir nümayəndəsi var, ondan da münasibət alıb. Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovu yəqin ki, siz də tanıyırsınız. O adam həm ekologiya, həm də ginekologiyadan danışır. Ünvanıma deyib ki, "ölsün yerə girsin ki, belə akademik, gör nə deyib?” Mən bu sözə görə, səhərə kimi yatmamış, mətbuata çox əsəbləşmişdim.

- Siz mətbuatda savadlı hansı jurnalistləri tanıyırsız?

– Əlbəttə ki, Azərbaycan mətbuatında savadlı jurnalistlər çoxdur. Onların bəziləri ilə də dostluq edirəm. Mirşahin, Qulu Məhərrəmli və digər jurnalistlərimiz var ki, onlara hörmətim var.

- Belə çıxır ki, cavan jurnalistlərə hörmətiniz yoxdur?

– (Gülür) Açığını deyim ki, cavan jurnalistlərə də hörmətim var. Niyə də olmasın? Mən bütün jurnalistlərə açıq adamam. Təəssüflər olsun ki, əsəbi vaxtıma düşdüyü üçün xoşagəlməz ifadələr işlətdim. Fikirlərimin belə rezonans doğuracağını da gözləmirdim.

- Bu fikirlərinizə görə rəhbərlik tərəfindən cəzalandırıldınızmı?

– Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə mətbuatda gedən ifadələrimə görə, mənə irad bildirdi. Vurğuladı ki, siz gərək bu ifadələri işlətməyəydiniz. Mənə belə ifadələr səsləndirməyə qadağa qoydu.

- Bəs siz nə dediniz?

– Akif müəllimə dedim ki, mən də sizin kimi akademikəm!…

- Sosial şəbəkələrdə sizin bu fikrinizi başqa cür şərh edənlər də var. Bildirilir ki, Ramiz müəllim içkili olduğu üçün bu fikirləri səsləndirib. Bəlkə içkili olmusunuz?

– (Gülür) Mənim yaşım o yaş deyil. Son vaxtlar 50–100 qramdan artıq içmirəm.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook