“S&P Global Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb
Aprel 17
11:14
2024
"S&P Global Ratings” 2024-cü il üzrə Azərbaycanın iqtisadi artım proqnozunu müəyyən edib.
"APA-Economics" xəbər verir ki, "S&P Global Ratings” bu il üzrə Azərbaycanda real ümumdaxili məhsulda (ÜDM) 1,5% artım olacağını proqnozlaşdırıb. Bu isə S&P-nin ötən il açıqladığı 2024-2026-cı illər üzrə orta iqtisadi artım gözləntisindən 0,1 faiz bəndi çoxdur.
Reytinq agentliyi həmçinin, 2024-cü il üzrə Azərbaycanda nominal ÜDM-in 76.08 milyard ABŞ dolları həcmində, adambaşına düşən ÜDM-in isə 7,364.82 dollar olacağını proqnozlaşdırıb.
Qeyd edək ki, Dünya Bankı Azərbaycanda iqtisadi artımı 2024-cü ildə 2,3%, 2025 və 2026-cı illərdə 2,4% səviyyəsində, Asiya İnkişaf Bankı 2024-cü ildə 1,2%, 2025-ci ildə isə 1,6% səviyyəsində proqnozlaşdırıb. Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING də 2024-cü ildə ÜDM-in artımı üzrə proqnozunu 2,5%, 2025-ci ildə isə 2,7% müəyyən edib.