SON XƏBƏR

"Spartak" Ayaz Quliyevlə bağlı qərarını verdi

Yanvar 12
02:26 2021
Rusiyanın "Spartak" klubu əslən azərbaycanlı futbolçusu Ayaz Quliyevə mövsümün ikinci hissəsi üçün əsas komandada hazırlıq keçməsinə razılıq verməyib.

"Report"un "RB Sport"a istinadən məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi yenə "Spartak-2"nin heyətində məşq edəcək. O, 2020-ci ilin mayında məşqçilər heyəti ilə münaqişə üzündən əvəzedici heyətə göndərilib. Daha sonra zədədən bərpa dövrü keçən Quliyevin qış toplanışına ikinci komanda ilə göndərilməsi qərara alınıb.

Hazırda istedadlı oyunçuya icarə və ya transfer təklifi yoxdur. Lakin belə bir maraq olacağı təqdirdə, o, qış fasiləsindəcə klubunu tərk edə bilər. Məşqçilər heyəti Quliyevin xidmətində maraqlı deyil.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook