SON XƏBƏR

Spikerdən deputata irad: "Elə danışdınız ki, elə bil ölkədə təhsil yoxdur"

Noyabr 14
15:26 2023
"Biz qara qızılımızı kapitala çevirməyi məqsəd qoymuşuq. Bunun üçün elm və təhsilə diqqət ayırmalıyıq. Ölkədə kölgə təhsili, repetitorluq artıb. Hər valideynin övladına xərclədiyi pul dövlətin bir neçə şagirdə xərclədiyindən daha çoxdur".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Etibar Əliyev deyib.
 
Deputat qeyd edib ki, şagirdlərin dərsdən yayınması gələcəkdə fəsadlara gətirib çıxaracaq:

"Bir çox abituriyent çox az bal yığır, bu, savadsızlıqdır. Həl il artan büdcə ayrılan təhsil beləmi olmalıdır? Əlavə olaraq, bağça və məktəbəqədər təhsilə rayonlarda pul ayrılmır. Niyə vəsaitin haralara xərcləndiyi açıqlanmır? Bəlkə, elə vəait ancaq Bakı şəhərində olan müəssisələr üçün xərclənir?! Edilən struktur dəyişiklikləri elm üçün ayrılan vəsaitin səmərəli xərclənməsinə kömək edəcək?

Milli Məclisin sədri Sahibə Qafarova deputatın çıxışına cavab olaraq bildirib:
 
"Reqlament olaraq 10 dəqiqə müəyyənləşdirmişik, yaxşı ki, 15 dəqiqə deyil. Heç olmasa, təhsildə olan uğurlardan, açılan məktəblərdən danışardınız. Siz elə danışdınız ki, elə bil ölkədə təhsil yoxdur. Özünüz təhsildən gəlmiş adamsınız. Bilirsiniz ki, təhsil sahəsində islahatlar 1 ilə, 2 ilə nəticə verə bilməz. Bunun üçün ən azı 6,7 il lazımdır".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook