SON XƏBƏR

Spirtli içki və siqaret idxalına tətbiq olunan vergi güzəşti azaldılacaq

İyul 17
12:59 2018
Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb

Yeni qanuna əsasən, Azərbaycana spirtli içki və siqaret idxalı zamanı tətbiq edilən vergi güzəştinin həcmi azaldılacaq.

Bununla da ölkəyə idxal zamanı aksiz vergisindən azad olunan spirtli içkinin həcmi 2 dəfə, siqaretin həcmi isə 3 dəfə azaldılır.

Vergi Məcəlləsinin 188-ci (Azadolmalar) maddəsinin birinci bəndinə edilən dəyişikliyə əsasən, fiziki şəxslər fərdi istehlak üçün 1,5 litr alkoqollu içkini, 200 ədəd siqareti ölkəyə gətirərkən heç bir rüsum ödəməyəcəklər.

Qeyd edək ki, bundan əvvəl 3 litr spirtli içkinin, 600 ədəd siqaretin fərdi istehlak üçün Azərbaycan ərazisinə gətirilməsi aksizdən azad idi.

Prezident həmçinin "Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunu da imzalayıb. Sənədə əsasən, alkoqollu içkilərə aksiz markasının verilməsinə görə 0,06 manat, tütün məmulatlarına aksiz markasının verilməsinə görə isə 0,05 manat dövlət rüsumu müəyyənləşib/Report.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook