SON XƏBƏR

“Sport Time” jurnalının növbəti sayı IV İslam Həmrəyliyi Oyunlarına həsr olunacaq

Aprel 01
11:46 2017
Artıq iki ildir yayımlanan "Sport Time” jurnalı Azərbaycanda həyata keçirilən idman siyasətinin, ölkəmizdə idmanın inkişafının təbliği məqsədilə fəaliyyət göstərir.
 
Bu yaxınlarda keçirdiyimiz təqdimatda jurnalın fəaliyyəti ictimaiyyətə təqdim olunub. Jurnal bu müddətdə idman ictimaiyyəti və ziyalılar tərəfindən maraqla qarşılanıb. Ünvanımıza deyilən dəyərli sözlər bizi olduqca sevindirir.
 
Bu sözləri AZƏRTAC-a müsahibəsində "Sport Time” jurnalının baş redaktoru Jalə Rzabəyli bildirib.
 
Baş redaktor deyib ki, jurnalın yaradıcı kollektivi IV İslam Həmrəyliyi Oyunları ilə bağlı təbliğat xarakterli tədbirlər keçirməyə də davam edəcək. "Sport Time”ın həm idmançılar, həm də ziyalılar tərəfindən sevilməsi uğurlu nəticədir. Yaradıcı insanlar daim yeniliyə, uğura can atırlar. Biz də çalışırıq ki, gördüyümüz işi yüksək səviyyədə təqdim edək. Fəaliyyətimiz bundan sonra da davam edəcək. Federasiya və kublarda idmançılarla görüşlər təşkil etmək, müxtəlif sorğular keçirmək, qalibləri mükafatlandırmaq və buna oxşar bir çox yaradıcı addımlar atmağı düşünürük.
 
"Hazırda Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına və Formula-1 Azərbaycan Qran-prisinə hazırlaşır. Bu mötəbər yarışlarda ölkəmizə uğurlar arzu edirik. Belə mötəbər yarışlarda aparılan təbliğat işlərinə qoşulmaq hər bir idman jurnalistinin vəzifəsidir. "Sport Time” jurnalının növbəti sayı ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına həsr olunacaq”, – deyə J.Rzabəyli əlavə edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook