ÜST koronavirusla bağlı sınaqları dayandırdı
May 26
00:44
2020
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun müalicəsi üçün nəzərdə tutulan hidroksixloroxin və xloroxinin sınaqlarını müvəqqəti olaraq dayandırıb.
"İcra qrupu həmrəylik sınaqları çərçivəsində hidroksixloroxin və xloroxinin istifadəsini müvəqqəti dayandırdı. Bununla yanaşı, dərmanlar autoimun və malyariya xəstələri üçün etibarlı sayılmaqda davam edir", - baş direktor qeyd edib. (Trend)
Bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus brifinqdə bildirib.