SON XƏBƏR

ÜST-nin Aİ-dəki nümayəndəsi Azərbaycana təşəkkür edib

İyul 11
02:45 2024
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Aİ-dəki nümayəndəsi Oksana Domenti Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi, Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinə və BMT İnkişaf Proqramının (BMT İP) Avropa İttifaqındakı (Aİ) nümayəndəliyinə təşəkkürünü bildirib.

"Report” xəbər verir ki, bu barədə ÜST-nin rəsmisi sosial şəbəkədə yazıb.

"Azərbaycan səfiri zati-aliləri Vaqif Sadıqov və BMT İP-nin Aİ-dəki nümayəndəliyinə Brüsseldə bu mühüm tədbiri təşkil etdiyinə və iqlim və səhiyyə perspektivlərini bölüşmək imkanına görə çox təşəkkür edirik”, – o qeyd edib.

Xatırladaq ki, iyulun 10-da Azərbaycanın Avropa İttifaqı (Aİ) yanındakı nümayəndəliyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Aİ-dəki nümayəndəliyi birgə "Ambisiya, həyata keçirmə və inklüzivlik vasitəsilə iqlim fəaliyyətinin gücləndirilməsi” mövzusunda konfrans təşkil ediblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook