SON XƏBƏR

"Steel Guard Azerbaijan” cərimələnib

Noyabr 18
12:00 2019
Maliyyə Bazarlarına Nəzarət Palatası "Steel Guard Azerbaijan” MMC-nin inzibati qaydada cərimələnməsi barədə protokol tərtib edib.

"Report"un xəbərinə görə, Yasamal Rayon Məhkəməsi protokola əsasən, şirkəti 8842 dollar cərimələyib.

Şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 mart 2019-cu il qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, "Steel Guard Azerbaijan” MMC Ukraynanın "Steel Guard" firmasının istehsal etdiyi seyf qapılarının Azərbaycanda satışını həyata keçirir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook