Stoltenberq NATO-Ukrayna Şurasının iclasını çağırıb
Yanvar 04
15:30
2024
NATO-nun Baş katibi Yens Stoltenberqin təşəbbüsü ilə yanvarın 10-da NATO-Ukrayna Şurasının iclası keçiriləcək
"Son günlər Rusiyanın Ukraynaya raket hücumları ilə əlaqədar olaraq yanvarın 10-da NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevin xahişi ilə səfirlər səviyyəsində NATO-Ukrayna Şurasının iclasını keçirəcək”, - məlumatda qeyd edilib.
"Report”un xəbərinə görə, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.