SON XƏBƏR

STP Panel məhsul çeşidini artırır

Sentyabr 23
12:42 2019
Sumqayıt Texnologiyalar Parkının alt brendi olan STP panel  uğurla  H60 sendviç panelini istehsal etməyə başlayıb. Yeni məhsul artıq bir sıra layihələrdə  müvəffəqiyyətlə istifadə olunub. STP panel brendi bundan öncə H50, H70 və H100 növlərində divar və dam sendviç panelləri istehsal edirdi.  

Texnopark  yaxın gələcəkdə sendviç panel məhsulları sırasına  H80 və H40 məhsullarını da əlavə etməyi planlayır.  Yeni çeşid sendviç panel məhsulları inşaat  həyata  keçirdən şirkətlərə konstruksiyaların quraşdırılması üçün məhsul seçimində daha geniş manevr  imkanı verəcək. Belə ki, onlar tələb və keyfiyyət deyişmədən daha ucuz və ya,  büdcədə böyük  artım olmadan nisbətən qalın və daha dözümlü məhsul əldə edə biləcəklər. 

STP panel brendi altında sendviç panellərlə yanaşı alüminium kompozit panel (Alkopan), metal profilli dam örtükləri (Profnastil), metal-kirəmit (Çerepitsa) kimi məhsullar da istehsal  olunur.  Qeyd edək ki,  STP panel məhsullarını poliuretan tərkiblə yanaşı Azərbaycanda yalnız STP-də istehsal olunan daş yun tərkibdə  əldə etmək  mümkündür. 

Sendviç panellər çox yüksək keyfiyyəti, əla istilik izolyasiyası, asan quraşdırılma və sökülmə qabiliyyəti, uzunömürlülüyü, yanğına və suya yüksək davamlılığı, səs izolyasiyası, korroziyaya davamlılıq kimi xüsusiyyətləri ilə seçilir. Demək olar ki, bütün iqlim zonalarında xarici divarlar və arakəsmə divarlar, həmçinin dam örtüyü üçün istifadə olunur. Ümumiyyətlə qeyd etmək lazımdır ki, "STP panel”-in məhsulları öz rəqiblərindən nəzərə çarpacaq dərəcədə seçilir.  5 qabırğalı quruluşa malik olduğu üçün 600  kiloqrama qədər ağırlığa tab gətirir.  Dözümlü metal lövhələrdən istifadə edildiyi üçün tikinti zamanı istifadə edilən metal konstruksiyada qənaətə səbəb olur.

Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı (STP) regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Hazırda  STP-də  mövcud  olan 13 zavodda 30-dan çox  istehsal sahəsi fəaliyyət göstərir.  Zavodlar kompleksi neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sənayesi üçün  geniş  çeşiddə  məhsullar istehsal edir.  Kabel, Polimer boru,  elektrik avadanlıqları,  metal konstruksiyalar, qəliblər, press formalar və  ştamplar bu məhsullardandır.

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook