SON XƏBƏR

Strateji Yol Xəritəsi: Azərbaycanda hər sakinə düşən orta yaşayış sahəsi 12 kvadratmetrə kimi artıb

Dekabr 28
01:23 2016
Azərbaycanda hər sakinə düşən orta yaşayış sahəsi son 15 ildə tədricən 9,3 kvadratmetrdən 12 kvadratmetrə kimi artıb.
 
Bu barədə "Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”ndə bildirilib.
 
Bundan başqa, son 10 ildə bir-biri ilə əlaqəli üç göstərici – xüsusi mülkiyyətə sahiblik payı, urbanizasiya və hər sakinə düşən yaşayış sahəsi üzrə göstəricilər, demək olar ki, sabit qalıb.
 
Qeyd olunub ki, bəzi rayonlarda əhalinin artım sürəti digərləri ilə müqayisədə daha yüksəkdir. Belə ki, 2009–2015-ci illərdə Azərbaycanın bir sıra rayonlarının, o cümlədən Bakı şəhərinin, Mərkəzi Aran, Dağlıq Şirvan, Şəki-Zaqatala, Quba-Xaçmaz və Yuxarı Qarabağ rayonlarının əhalisi artaraq yaşayış sahəsi üzrə artımı üstələyib.
 
Bakı və Abşeron yarımadasında əhalinin real artım tempi istehsal işçilərinin kənd yerlərindən şəhərlərə axını səbəbindən hətta rəsmi göstəriciləri də üstələyir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook