SON XƏBƏR

Strateji Yol Xəritəsi: Ümumi Daxili Məhsulun 605 milyon manat artacağı proqnozlaşdırılır

Yanvar 09
12:08 2017
2020-ci ilədək olan dövr üçün müəyyən edilmiş strateji məqsədlərə nail olunması nəticəsində Azərbaycanda 2020-ci ildə real Ümumi Daxili Məhsulun 400 milyon birbaşa və 205 milyon dolayı olmaqla, ümumilikdə 605 milyon manat artacağı və 10 min 900 birbaşa və 8 min dolayı olmaqla, 18 min 900 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır.
 
Bu barədə "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
 
Strateji Yol Xəritəsi çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası üçün təxminən 3 milyard 160 milyon manat investisiya vəsaitinin tələb olunacağı proqnozlaşdırılır.
 
Bu isə müvafiq texniki-iqtisadi əsaslandırmalar aparıldıqdan sonra dövlət-özəl maliyyələşdirmə mənbələri hesabına təmin ediləcək.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook