“Su çatışmazlığını aradan qaldırmaq üçün işlər aparılır”- Şahin Mustafayev
İyul 24
04:43
2020
Cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə məruzə olunduğu kimi, su ehtiyatlarının az olması, iqlim dəyişməsi, orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların əhəmiyyətli dərəcədə azalması, digər tərəfdən ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində suya tələbatın artması son illərdə ölkədə su çatışmazlığını şərtləndirmişdir.
Trend-in məlumatına görə, bunu Baş Nazirin müavini Şahin Mustafayev Prezident İlham Əliyevin yanında keçirilmiş və su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirədə bildirib.
Şahin Mustafayev bildirib ki, cari ildə ölkənin su ehtiyatları sahəsində gərgin vəziyyət yaranmışdır. Hazırda əsas su anbarlarında 20,5 milyard kubmetr tutuma qarşı əvvəlki illərdən kəskin aşağı səviyyədə – cəmi 11,1 milyard kubmetr su mövcuddur ki, bunun da 8,6 milyard kubmetri ölü həcmdir. Müqayisə üçün qeyd edim ki, əsas su anbarlarında suyun həcmi 2019-cu ildə 12,9 milyard, 2018-ci ildə 14,1 milyard, 2017-ci ildə 14,2 milyard, 2016-cı ildə isə 16,5 milyard kubmetr olmuşdur. Eyni zamanda, strateji əhəmiyyət kəsb edən Mingəçevir Su Anbarında 15,7 milyard kubmetr tutuma qarşı 8,8 milyard kubmetr su mövcuddur ki, bunun da 7 milyard kubmetri ölü həcmdir. Halbuki həmin anbarda suyun həcmi 2019-cu ildə 9,7, 2018-ci ildə 10,9, 2017-ci ildə 11,6, 2016-cı ildə isə 13,6 milyard kubmetr təşkil etmişdir:
"Su təsərrüfatı üzrə idarəetmədə sahələrarası koordinasiyanın zəif olması, sudan istifadədə itkilərin yüksək olması, sudan optimal bölgü əsasında və qənaətlə istifadə edilməməsi, suvarmada suya qənaət edən müasir texnologiyalardan istifadənin aşağı səviyyədə olması, nəzarətdənkənar qoşulmalar, uçot və nəzarət sisteminin zəifliyi kimi problemlərin həlli istiqamətində tədbirlərin görülməsi komissiyaya tapşırılmışdır. Komissiya ölkə ərazisində su anbarlarında yaranmış vəziyyəti, suvarma mövsümünün başlanmasını nəzərə alaraq operativ tədbirlərin görülməsi məqsədilə fəaliyyətini intensiv formada təşkil etmiş və bütün aidiyyəti qurumların koordinasiyası təmin olunmuşdur. Ötən müddət ərzində müxtəlif formatlarda müzakirələr aparılmış, kritik əhəmiyyət kəsb edən obyektlərə baxış keçirilmiş, onlayn müşavirə formasında komissiyanın tam tərkibdə üç iclası keçirilmiş, zəruri hallarda komissiyada təmsil olunmayan bir sıra digər dövlət qurumları cəlb edilmiş və təxirəsalınmaz tədbirlərin görülməsi təşkil edilmişdir.
Əhəmiyyəti baxımından aşağıdakı tədbirləri xüsusilə qeyd etmək istərdim: Su ehtiyatları barədə operativ məlumat sistemi qurulmuş, aidiyyəti qurumlardan alınan məlumatlar təhlil edilmiş, sudan səmərəli istifadə ilə bağlı verilmiş tapşırıqların icrasına gündəlik nəzarət təmin olunmuşdur. Operativ məlumat mexanizmi hazırda "Elektron su təsərrüfatı” informasiya sisteminə inteqrasiya olunur. Xüsusi əhəmiyyətə malik Mingəçevir və Ceyranbatan su anbarları üzrə suvarma, içməli su təchizatı və energetika məqsədləri üçün sudan istifadə rejimi təsdiq olunmuş, hətta Mingəçevir su anbarında sudan istifadə üzrə hər on gündən bir yenilənən iş rejiminin tətbiqi qərara alınmışdır.
Məhdud su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü prinsipi əsasında 580 mindən çox əkin sahəsi üzrə suvarma qrafikləri tərtib olunmuşdur. Suvarma qrafikləri bütün maraqlı tərəflər imzaladıqdan və rəsmi saytda dərc edildikdən sonra tətbiq edilir. Yaradılmış proqram təminatı sayəsində "Elektron kənd təsərrüfatı” informasiya sisteminə su modulu kimi inteqrasiya olunan sudan istifadə qrafikləri növbəti mərhələdə əkin sahələrini və subsidiyalaşmanı optimal şəkildə planlaşdırmaq imkanı verir. Belə ki, tərtib olunmuş qrafiklər suvarma dövrü başlamamışdan əvvəl kənd təsərrüfatı bitkilərinin suvarılması üçün tələb olunan suyun sifarişini formalaşdırmağa, beləliklə əkin siyasətinə uyğun daha təkmil suvarma təchizatının qurulmasına, digər tərəfdən isə məhdud su ehtiyatları və əkin növünün suya tələbatı nəzərə alınmaqla əkin sahələrinin optimal şəkildə planlaşdırılmasına şərait yaradır.
Suvarmaya dair problemlərin operativ həlli məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin 60 rayon üzrə Dövlət Aqrar İnkişaf mərkəzlərinə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri cəlb edilməklə birgə fəaliyyəti əlaqələndirilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Bakı Metropoliteni ərazisindəki qrunt sularından yaşıllıqların suvarılmasında istifadə istiqamətində layihə təklifləri hazırlanmışdır. Aparılan analizlər sərfi saatda 127 (sutkada 2500-3000) kubmetr olan suyun suvarmaya yararlı olduğunu göstərmişdir və artıq bu sudan istifadəyə başlanılmışdır.
Zəruri istiqamətlərdən biri də hidrotexniki qurğuların mühafizəsinin gücləndirilməsi və həmin qurğulara mümkün mənfi təsirlərin qarşısının alınması üçün qum-çınqıl karxanalarının fəaliyyətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir və bu istiqamətdə müvafiq iş aparılır”.