SON XƏBƏR

Su qiymətlərinin 2 dəfə artırılması da “Azərsu”nu xilas etmədi – Yığılmış zərər 8 mlrd. manata çatdı

İyul 13
23:31 2022
Azərbaycanda mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkəti "Azərsu” ASC 2021-ci ildəki zərəri daha da böyüməklə yarım milyard manatı ötüb. 

İllik zərər 552 mln. manatı ötüb.

Bu barədə dövlət şirkətinə "RSM Azerbaijan” şirkəti tərəfindən verilən müstəqil audit hesabatında qeyd olunur.

Hesabatda qeyd edilir ki, "Azərsu”nun ötən il üzrə gəlirləri 262.95 mln. manat olub. Bu da 2020-ci illə müqayisədə 78.01 mln. manat, yaxud 43% çoxdur. 

Göstərilir ki, suyun satışından 182.5 mln. manat (2020: 125.47 mln. manat), kanalizasiya xidmətlərindən 70.5 mln. manat (51.79 mln. manat) gəlir əldə edib.

Digər tərəfdən satışın maya dəyəri isə 128.73 mln. manat təşkil edib, öncəki ildən 2% az olub.

Bununla da "Azərsu”nun ümumi mənfəəti 134.22 mln. manat (2020:52.72 mln. manat) təşkil edib.

"Azərsu”nun gəlirlərini formalaşdıran içməli su və kanalizasiya xidmətidir ki, bu da dövlət tərəfindən tənzimlənir. Gəlirlərinin yüksəlməsi normaldır. Çünkü müştəri bazası genişlənməklə yanaşı həmçinin su və kanalizasiya xidmətinin qiyməti 2021-ci ilin əvvəlində əhali üçün 1 fevral 2021-ci ilədək qüvvədə olan tariflərə görə isə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün bir kubmetr suyun qiyməti 35 qəpik, digər inzibati ərazi vahidləri üçün 30 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi ölkə üzrə bir kubmetr üçün 15 qəpik səviyyəsində olub. Həmin tarixdən bu tərəfə müvafiq olaraq qiymətlər düz iki dəfə artırıldı. Bir kubmetrin qiyməti 70 qəpiyə qaldırıldı.

NİYƏ ZƏRƏR BÖYÜYÜR

Audit rəyində qeyd edilir ki, dövlət şirkətinin ötən il üzrə "digər əməliyyat” kimi qeyd edilən gəliri 549.53 mln. manat (2020: 207.86 mln. manat), satış və paylanma xərcləri 146.61 mln. manat (117.02 mln. manat) və inzibati xərcləri isə 28.76 mln. manat (40.32 mln. manat) olduğu halda, 32.24 mln. manatlıq (7.85 mln. manat) digər gəliri olub. 

Buradan məlum olur ki, əsas vəsaitlərin dəyərsizləşməsi onun xərc artımında böyük rol oynayıb.

Bununla da ümumi gəlirlər xərcləri nəinki qarşılamış, hətta 552.23 mln. manat həcmində xalis zərər etməklə kapitaldan "yeməli” olub. 

İllərdir "Azərsu” zərər edir və üstəlik builki zərər onun illərin yığılmış zərərini 7 milyard 855.69 mln. manata çatdırıb.

2011-ci ildən "Azərsu”ya Qorxmaz Hüseynov sədirlik edirdi. 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 may 2021-ci il imzaladığı sərəncama əsasən, o, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilmişdi.

Mənbə: Banker.az
 
Qlobal.az
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook