SON XƏBƏR

Şübhəli satınalma: Nazirlər Kabinetinin qurumu 20 minlik avtomobilin təmirinə büdcədən 20 min xərcləyəcək

Oktyabr 09
07:58 2021
Dövlət Tərcümə Mərkəzi may ayının 21-də "Audi A6" markalı avtomobilin təmiri üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 19.754 manat təşkil edib. 
 
Qlobal.az Dövlət Tərcümə Mərkəzindən "Audi A6" markalı avtomobilin buraxılış ili və texniki vəziyyəti barədə məlumat öyrənmək istəsə də, qarşı tərəf cavab vermədi. Məlumata görə Mərkəzin təmirinə 19.754 manat xərcləyəcəyi "Audi A6" markalı avtomobilin hazırda qiyməti 20-25 min manat civarındadır. 
 

 
Real bazar qiyməti 20-25 min manat olan avtomobilin təmirinə 19.754 manat xərclənməsi ölkədəki avtomobil təmiri xidməti sahəsində olan qiymətlərlə müqayisədə olduqca yüksəkdir və bu hal bağlanmış satınalma müqaviləsinə şübhələr yaradır. 
 

  
Xatırladaq ki, Dövlət Tərcümə Mərkəzi Nazirlər Kabineti yanında fəaliyyət göstərir.
 
Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsuddur. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook