SON XƏBƏR

“Süfrə” jurnalının 9-cu sayı çap olunub

Aprel 20
09:23 2022
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbu orqanı olanı "Süfrə” elmi-kütləvi jurnalının növbəti sayı çapdan çıxıb.

"Süfrə” jurnalının 9-cu sayında da bir-birindən maraqlı rubrikalar oxuculara təqdim edilib. Belə ki, "Bələdçi” rubrikasında yerli və xarici qida yenilikləri, "Qida akademiyası” rubrikasında yumurtanın tərkibi, təhlükəli infeksiya-salmonella, süd içərkən nəyə diqqət etməli, qidaların qlikemik indeks dəyəri, "Qida biznesi” rubrikasında qonur qırışıqlıq virusu ilə mübarizə, "Gigiyena” rubrikasında uşaq bağçalarında qida təhlükəsizliyi, "Bizdə yoxdur” rubrikasında satıcı olmayan mağaza trendi, "Həkim sözü” rubrikasında Azərbaycanda böyrək xəstəlikləri barədə məqalələr dərc olunub. "Kinomenyu” rubrikasında isə komediya filmi olan "Ulduz”dan qidalarla bağlı dörd maraqlı səhnə təqdim olunub.

Qlobal.az xəbər verir ki, jurnalın bu sayında "Astaranın təbii düyüsü”, "Qurudulmuş süzmə-qurut”, "Qida sənayesində innovativ texnologiyalar” kimi maraqlı məqalələr də dərc olunub.

Qeyd edək ki, nəfis tərtibatda və yüksək keyfiyyətlə nəşr olunan "Süfrə” jurnalı geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Jurnalın təsis edilməsində əsas məqsəd təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə bağlı istehlakçıların maarifləndirilməsi, sağlam qidalanmanın təşviqi, həmçinin qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının artırılması, onun beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə həyata keçirilən tədbirlər barədə məlumatların ictimaiyyətə çatdırılmasıdır.

Jurnalı əldə etmək üçün (012) 565 12 72 (daxili 553) telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook