SON XƏBƏR

“Sülhməramlılar” Qarabağdan nə vaxt çıxacaq? - Peskov açıqladı

Sentyabr 25
15:12 2023
Məlum olduğu kimi, Azərbaycanın keçirdiyi uğurlu anti-terror əməliyyatından sonra Rusiya hərbi kontingentinin ölkəmizin ərazisində mövcudluğunun nə dərəcədə zəruri olması mövzusu da gündəliyə çıxıb. Əksəriyyət bu fikirdədir ki, Azərbaycan öz suveren hüqularını, ərazi bütövlüyünü tam təmin etdikdən sonra Rusiya hərbi kontingentinə heç bir ehtiyac qalmır.

"AzPolitika.info” xəbər verir ki, Vladimir Putinin sözçüsü Dmitri Peskov Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində müvəqqəti yerləşmiş Rusiya hərbi kontingentinin nə vaxt ölkəmizin ərazisini tərk edəcəyi barədə sualı cavablandırıb.

Peskov deyib ki, Rusiya "sülhməramlıları” fəaliyyətlərini davam etdirirlər və hələ ki, onların qalma müddəti barədə nəsə demək tezdir: "Hazırda çətin ki, kimsə bunu deyə bilsin. Onlar faktiki olaraq, Azərbaycan ərazisində yerləşirlər. Biz Bakı ilə əlaqələrimizi davam etdiririk, sülhməramlılar Azərbaycan hakimiyyəti ilə Qarabağ ermənilərinin danışıqlarında iştirak edirlər. Hələ ki, bu proses davam edir”.

Xatırladaq ki, 10 noyabr sazişinə görə, tərəflərdən biri razılıq verməsə, Rusiya hərbi kontingenti 2025-ci ildə Qarabağı tərk etməlidirlər.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook