"Sumqayıt-Aşqarlar" ASC-nin rəhbərliyi yenidən formalaşdırılacaq
Avqust 25
08:45
2016
Sentyabrın 28-də "Sumqayıt-Aşqarlar" ASC-nin səhmdarlarının növbəti yığıncağı keçiriləcək. "Report" xəbər verir ki, yığıncaq saat 11:00-da, zavodun Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən inzibati binasında keçiriləcək.
Yığıncağın gündəliyinə ASC-nin illik hesabatının təsdiq edilməsi, Müşahidə Şurası, İdarə Heyəti, Audit Komitəsinin yeni tərkibinin seçilməsi, Nizamnaməsinə dəyişiklik edilməsi məsələləri daxildir.
Qlobal.az