Sumqayıt Texnologiyalar Parkı ölkəyə xarici sərmayə cəlb edib
Fevral 11
18:42
2021
Sumqayıt Texnologiyalar Parkı və Türkiyənin iri sənaye qrupu olan Kibar Holding-ə
aid Assan Panel Sanayı ve Ticaret A.Ş. (Assan Panel) şirkəti sendviç panellərin və
tamamlayıcı məhsulların istehsalı üzrə birgə müəssisə yaratmaq məqsədilə
müqavilə imzalayıblar. "ASSAN-STP PANEL” adı altında fəaliyyət göstərəcək şirkət
STP-nin Sendviç Panelləri Zavodunun bazasında yaradılacaqdır. Razılaşma STP ilə
yanaşı ölkə iqtisadiyyatı üçün də böyük əhəmiyyət kəsb edir. Belə ki, dünyada
sendviç panel istehsal edən on ən böyük şirkətdən biri olan Assan Panel-in
Azərbaycana gəlməsi ölkənin məhsul idxalından asılılığın azalması, ixrac
potensialının artırılması, həmçinin, ölkənin qeyri-neft sektoruna investisiyaların cəlb
edilməsi baxımından önəmlidir.
Birgə müəssisə beynəlxalq standartlara cavab verən yerli istehsalı yeni sərmayə
hesabına müasirləşdirərək Gürcüstan, Rusiyanın Cənub bölgəsi və Orta Asiya
ölkələrinə satış həyata keçirməyi hədəfləyir. Yaradılacaq müəssisə Kibar Holding-in
"Assan Panel” brendi ilə yanaşı yeni brendlər altında yüksək keyfiyyətli, geniş
çeşiddə panel və tamamlayıcı məhsullar istehsal edəcək. İllik istehsalın 2 milyon
kvadrat metr olacağı planlaşdırılır. Beləliklə, birgə müəssisə regionun ən böyük və
ən müasir sendviç panel istehsalçısına çevriləcəkdir.
Biznes və korporativ idarəetmə sistemində yenilik etmiş STP ölkəyə xarici
investisiyanın cəlb edilməsini, istehsalatın genişləndirilməsini və ixracın artırılmasını
inkişaf strategiyasının tərkib hissəsinə çevirib. STP yeni investisiyaların cəlb
olunması və xarici təcrübələrdən yararlanması istiqamətində işlərini davam etdirir.
STP-nin yeni tərəfdaşı Kibar Holding bu günə kimi Hyundai, Turkish Airlines, Posco
və digər nəhəng beynəlxalq şirkətlərlə birgə müəssisələr qurub. Kibar Holding-ə
aluminium, avtomobil, qida və neft-qaz kimi bir çox sektorda fəaliyyət göstərən
şirkətlər daxildir. Həmin şirkətlərindən biri olan Assan Panel Avropa, Yaxın Şərq,
Orta Asiya və Afrika daxil olmaqla ümumilikdə 85 ölkəyə ixraclar həyata keçirir.
Türkiyə və İordaniyada yerləşən 4 istehsalat sahələrinin ümumi illik istehsalat gücü
18 milyon kvadrat metr təşkil edir. STP-nin yeni tərəfdaşlığı tək xarici sərmayənin
cəlb olunması baxımından deyil, həmçinin iri beynəlxalq sənaye istehsalçılarının
təcrübəsinin ölkəyə gətirilməsi və peşəkar kadrların yetişdirilməsi baxımından da
qeyri-neft sektorunun inkişafına öz töhfəsini verəcəkdir.
Qeyd edək ki, STP 2020-ci ili struktur və korporativ idarəetmə sistemində yenilikləri
nəzərdə tutan transformasiya ilə başa vuraraq holdinq idarəetmə modelini tətbiq
edibdir. 2021-ci ildən STP zavodları istehsal sahələrinə uyğun olaraq "STP Global
H.Z.Taghiyev settlement
AZ5022, Sumgait
Azərbaijan
Cable”, "STP Alüminium”, "SOCAR-STP”, "STP Metal
Structures” biznes vahidləri və birgə müəssisələr vasitəsilə fəaliyyət göstərir.