"Sumqayıt"ın menecer-prezidentini başqa menecer döyüb - FOTO
Yanvar 05
20:25
2020
"Sumqayıt" klubunun prezidenti Riad Rəfiyev döyülüb.
Sportinfo.az xəbər verir ki, hadisə təxminən 1 il əvvəl həvəskar futbol liqası olan MFL-də baş verib.
Amma MFL-in rəsmi saytında yazıldığı kimi yox! Qurumun rəsmi səhifəsi "AFFA Boys”un formasını geyinən Rəfiyevin döyülməsini ötən il bu vaxtlar "Ronaldo kimi yaralanması” kimi təqdim edib.
Portuqaliyalı hücumçu "Real”ın heyətində İspaniya çempionatının 20-ci turu çərçivəsində "Deportivo”ya (7:1) qarşı oyunda qaşından zədə alıb. İnsident adıçəkilən ulduzun baş zərbəsi ilə topu rəqibin qapısına vuran zaman baş verib.
"Deportivo”nun müdafiəçisi ona mane olmaq istəyərkən, butsısı ilə Ronaldonun üz nahiyəsinə zərbə endirib.
MFL-in saytı iddia edib ki, oxşar zədəni top uğrunda mübarizə zamanı "AFFA Boys”un oyunçusu Riad Rəfiyev də alıb. Məşhur futbolçu ilə müqayisədə azərbaycanlının zədəsi daha ciddi olub və o, oyun meydanından birbaşa xəstəxanaya aparılıb.
Lakin təxminən 1 il əvvəl qeydə alınmış hadisənin mahiyyəti indi-indi üzə çıxır və məlum olur ki, "Sumqayıt"ın prezidenti mübahisə zəmnində döyülüb.
Ona əl qaldıran isə AFFA-nın baş katibinə yaxın başqa bir menecerdir. Oyundan sonra çay masası arxasına toplaşan dostların futbolətrafı söhbəti "qırmızı xətt"i keçib.
Sözləri çəp gələn tərəflər əlbəyaxa olub və Rəfiyev bir neçə yumruq zərbəsinə tuş gəlib. Ətrafdakılar onları çətinliklə sakitləşdirib. Rəfiyev onu vuran meneceri həmin axşam başqa bir yerə "söhbətə çağırsa" da, "duel" baş tutmayıb.

Çünki Rəfiyevə bir daha xəbərdarlıq olunub ki, mübahisəni davam elətdirmək istəsə, yenə döyüləcək.
Qlobal.Az