Süni intellektə diaqnoz qoymaq öyrədilib
Oktyabr 31
17:32
2017
ABŞ-ın "Zebra-Med” təşkilatı tərəfindən yaradılmış yeni texnologiya süni intellektə maqnit-rezonans tomoqrafiyasının nəticələrini araşdırmağa və insanın orqanizmində normadan sapmaların mövcudluğunu müəyyən etməyə imkan verir.
AZƏRTAC vladtime.ru saytına istinadla xəbər verir ki, hazırda süni intellekt 11 xəstəliyə diaqnoz qoya bilir. Bu göstərici cari ilin sonuna kimi 17-yə qədər artacaq. Texnologiya insana xəstəliyin öhdəsindən gəlməyə kömək edəcək. Xidmətin qiyməti 1 ABŞ dolları təşkil edəcək.
Süni intellekt yüksək təzyiq, tənəffüs yolları, onkoloji xəstəliklər və digər sağlamlıq problemlərinə diaqnoz qoya bilir. Həkimlər xəstəliyin vaxtında aşkarlanmasını uğurlu müalicənin təminatı hesab edirlər. Alimlər gələcəkdə texnologiyanı inkişaf etdirməyi planlaşdırırlar.