SON XƏBƏR

Suriya müxalifəti Homsdakı rejim qüvvələrini şəhəri tərk etməyə çağırıb

Dekabr 07
09:17 2024
Suriyada müxalif silahlı qrupların irəliləməsi davam edir.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Həma şəhərinin mərkəzini ələ keçirərək Dəməşqə doğru irəliləyən Suriya müxalifəti növbəti şəhər olan Homs şəhərinə yaxınlaşır.

Azad Suriya Ordusunun Hərbi Əməliyyatlar İdarəsinin komandiri Həsən Əbdülqəni Homsdakı rejim qüvvələrinə son dəfə çağırış edərək şəhərin tezliklə ələ keçiriləcəyini deyib. O, rejim qüvvələrinə şəhəri tərk etməyə son bir şans verildiyini bildirib.

İordaniya sərhədində yerləşən Dera vilayətinin mərkəzi də müxalif qrupların nəzarətinə keçib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook