SON XƏBƏR

Suriyada yaradılan təhlükəsizlik zonasına Türkiyə nəzarət edəcək

Yanvar 16
10:37 2019
Suriya ilə sərhəddə yaradılması planlaşdırılan təhlükəsizlik ərazisinə Türkiyə nəzarət edəcək.

SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bəyan edib.

Onun sözlərinə görə, Ankara onu hədəf seçən terror təşkilatlarına qarşı genişmiqyaslı şəkidə mübarizə aparmağa davam edəcək.

Kalin bildirib ki, Türkiyənin Suriyanın İdlib şəhərində hədəfləri dəyişməyib, məqsəd hələ də bu bölgədəki insanların həyatlarının və əmlaklarının təhlükəsizliyini təmin etməkdir. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook