SON XƏBƏR

Şuşa mədəniyyət şöbəsində şok yeyinti - Foto

May 09
23:54 2016
Ermənistanın sabiq və hazırkı prezidentəri ilə münasibətləri Şuşa mədəniyyət və turizm şöbəsi müdirinin xeyrinə işləyə bilərmi?
 
Mədəniyyət və Turizm Nazirliyi sistemində davam edən struktur dəyişiklikləri yeni regional idarələrin yaradılmasını nəzərdə tutur. Mədəniyyət sahəsinin 2017-ci il yanvarın 1-dən mərkəzləşdirilmiş maliyyələşməyə keçilməsi təmin edilməli, ləğv edilmiş rayon mədəniyyət və turizm şöbələrinin balansında olan mədəniyyət obyektlərinin perspektivliyi məsələsi təhlil edilməlidir. Doğrudan da, bölgələrimizdə və pytaxtda indyədək adı olub özü sə demək olar ki, fəaliyyət göstərməyən belə obyektlər yetərincə idi. Artıq mədəniyyət obyektlərinin təmərküzləşdirilməsi prosesi davam edr ki, bütün bu tədbirlər yaxın gələcəkdən etibarən xeyli miqdarda büdcə vəsaitlərinə də qənaət etməyə imkan verəcək. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinin üzərinə yəqin ki, bu məsələ ilə bağlı son dərəcə ciddi məsuliyyət düşür. Eyni zamanda, yeni yaradılmış regional mədəniyyət və turzm idarələrinə rəhbərlik şansları olan təcrübəli mədəniyyət işçilərinin dosyelərinə də baxılacaq. Uzun müddət mədəniyyət sahəsində qüsursuz çalışmış, yüksək rəhbərlik qabiliyyəti olan kadrlara təbii ki, üstünlük veriləcək. Gundelik-baku.com-a verilən məlumata görə, belə tanınmış mədəniyyət işçilərindən biri də Şuşa mədəniyyət və turizm şöbəsinin müdiri Zahid Abbasovdur. Zahid Abbasov uzun illərdir ki, Şuşa mədəniyyət şöbəsinə rəhbərlik edir. Məlumata görə,kifayət qədər maraqlı iş təcrübəsinə malikdir. Bu faktor onu Sumqayıt şəhər, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayon mədəniyyət və turizm idarə və şöbələrinin bazasında yaradılmış Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəhbərliyinə əsas namizədlərdən biri kimi xarakterizə edir.
 
Bununla belə, Zahid Abbasovun fəaliyyətində qüsurlu məqamlar tapmaq bir o qədər çətin olmayacaq. Söhbət Şuşa mədəniyyət və turizm şöbəsində bir müddət öncə aparılmış maliyyə yoxlamalarından gedir. Yoxlamalar nəticəsində külli miqdarda dövlət vəsaitlərinin fəaliyyəti olmayan mədəniyyət müəssisələri arasında pay-püş edilməsi faktları üzə çıxmışdı.
 
Şuşa rayon icra aparatından adının çəkilməsini istəməyən mənbənin bizə verdiyi məlumatda bildirilirdi ki, artıq yoxlamalar tamamlanmamış şöbənin əhatə etdiyi mədəniyyət və təhsil müəssisələrində büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı bir sıra dəhşətli faktlar üzə çıxıb. Söhbət yüz minlərlə manat büdcə vəsaitinin ayrı-ayrı hesablara səpələnməsindən gedir. İş o yerə çatıb ki, həmin faktların ört-basdır edilməsi üçün şöbə müdiri Zahid Abbasov təftişçilər qarşısında müəyyən öhdəlik götürməli olub. O vaxtlar yeyinti faktları barədə Mədəniyyət və Turizm Nazirliyinə də bir sıra vacib məlumatlar ötürülmüşdü. Məlumata görə, hətta Zahid Abbasovun vəzifədən kənarlaşdırılması məsələsi də qoyulmuşdu. Lakin, onun yüksək eşelondakı erməni əsilli bəzi məmurlarla bəzi sıcaq əlaqələri barəsində intizam tədbirlərinin görülməsini təxirə salmışdı. Xatırladaq ki, vaxtilə Zahid Abbasov keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Vilayət komsomol komitəsində şöbə müdiri işləyərkən Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan və sabiq prezident Robert Köçəryan həmin şöbədə çalışıb. Bu üç şəxsin arasında olduqca yaxın münasibətlər qurulub.

Zahid Abbasov Azərbaycan nümayəndə heyətinin tərkibində 2009-cu ildə Şuşada olub. Oradan İrəvana da gedib. Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb. Orada keçmiş komsomol təlimatçılarının konkret hansı təlimatları müzakirə etdiyi məlum deyil. Səfərdən qayıtdıqdan sonra Zahid müəllim mətbuata açıqlamasında Serjik tərəfindən Şuşaya dəvət aldığını, lakin bu dəvəti qəbul etmədiyini demişdi. Əlavə edək ki, Şuşa rayon mədəniyyət və turizm şöbəsinin müdiri Zahid Abbasov mətbuatdakı çıxışlarında Ermənistanın eks-prezidenti Koçaryanı özünün çemodan daşıyanı kimi təqdim edib. Qarşı tərəfi də dinləyə bilərik. (Gundelik-baku.com)
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook