Şuşa Şəhəri Dövlət Qoruğu üçün xüsusi fond yaradılacaq
May 21
20:20
2021
Şuşa Şəhəri Dövlət Qoruğunun ərazisində dövlət idarəetməsinin təşkili və qoruğun maliyyələşdirilməsi mexanizmi açıqlanıb.
Qlobal.az Report-a istinadən xəbər verir ki, bu, "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanun layihəsində əksini tapıb.
Layihədə bildirilir ki, Şuşa Şəhəri Dövlət Qoruğunun ərazisində dövlət orqanları (qurumları) tərəfindən fiziki və hüquqi şəxslərə göstərilən xidmətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) və ya elektron qaydada təşkil ediləcək.
Şuşa Şəhəri Dövlət Qoruğunun maliyyələşdirilməsi dövlət büdcəsindən ayrılan vəsait və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçiriləcək.
Şuşa Şəhəri Dövlət Qoruğunun qorunması, bərpası, yenidən qurulması, öyrənilməsi və inkişafı sahəsində işlərə dəstək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən xüsusi fond yaradılacaq. Fondun vəsaiti fiziki və hüquqi şəxslərin yardımları (ianələri), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılacaq. Fondun vəsaitlərinin formalaşması və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən ediləcək.
Qeyd edək ki, layihə mayın 24-də parlamentin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin birgə iclasında müzakirə olunacaq.