Şuşa-Şuşa doğulmasaq, Laçın-Laçın öləcəyik! (Şeir)
Oktyabr 17
09:44
2019
Laçın-Laçın öləcəyik!
Arsız-arsız güləcəyik!
Şuşa-Şuşa doğulmasaq,
Laçın-Laçın öləcəyik!
***
"Üzü Ağ"lar qaralacaq,
Ürəkləri qar alacaq,Nəfəsimiz daralacaq,
Udum-udum böləcəyik!
***
Doğmalarla barışmasaq,
Doğma dildə danışmasaq,Ürək-ürək alışmasaq,
Məşəl-məşəl sönəcəyik!
Arif Gürşadoğlu