SON XƏBƏR

Şuşadakı tarixi binalar tanınmaz hala salınıb - Sədr müavini

Dekabr 22
12:06 2020
Şuşa şəhərində yerləşən tarixi binaların həm xarici, həm də daxili görünüşünə ciddi müdaxilələr olub.

Trend-in məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov bildirib. Onun sözlərinə görə, bir çox hallarda binalar tanınmaz hala salınıb:

"Sözügedən binaların əksəriyyətinin 80-ci illərdə ölçü cizgiləri mütəxəssislərimiz tərəfindən götürülüb və bu binaları biz əvvəlki görünüşünə qaytaracağıq".

Əlavə olunub ki, erməni işğalı nəticəsində Xurşidbanu Natəvanın ev muzeyinin bir hissəsi də tamamilə dağıdılıb. Sarayın divarlarındakı nəqqaşlıq nümunələri qoparılaraq çərçivəyə salınıb, sonra tarixi rəsm nümunələri kimi xaricdə satılıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook