Şuşanı itirməyimiz həm də bununla bağlı idi... - Nəqliyyat ekspertindən təklif
Fevral 17
17:25
2021
"Göygöl və Daşkəsən istiqamətindən Kəlbəcərə, daha sonra Kəlbəcərdən Laçına, həmçinin Qubadlı istiqamətindən Laçına ərazinin relyefinə uyğun, istənilən fəsildə istismara yararlı, özü də imkan daxilində alternativi olan yollar çəkilməlidir".
Qaynarinfo xəbər verir ki, bu təkliflə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov çıxış edib. O bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə ən vacib işlərdən biri yol infarstrukturunun bərpası və genişləndirilməsidir:
"Müasir yollar olmadan uğurlu bərpa və məskunlaşma çətin olar. Hətta elə yol şəbəkəsi qurulmalıdır ki, orada məskunlaşan insanları və oralarda yaradılan təsərrüfat subyektlərini torpağa "bağlasın”. Yolların bərpası və yol şəbəkəsinin genişləndirilməsi zamanı işğaldan əvvəlki ciddi səhvlərimiz düzəldilməlidir. Qərb sərhədlərimiz boyu müasir yolların olmasına xüsusi diqqət yetirilməlidir. Təəssüflə qeyd etmək istəyirəm ki, sərhədyanı rayonlarımızı və Şuşanı 1992-1993-də itirməyimiz həm də yol şəbəkəsinin yetərli olmaması ilə bağlı idi. Hər kəs gözəl bilir ki, 1992-ci ildə işğaldan əvvəl Şuşa şəhəri və ətraf kəndlər, həmçinin bütöv Laçın rayonu və Kəlbəcər rayonu yarımblokadaya düşümüşdü. Belə blokadanı yeganə yolun bərbad vəziyyətdə olması daha da qəlizləşdirirdi”.
Ərşad Hüseynov işğal zonasından kənarda olan Qərb rayonlarımızda da yetərincə əlaqəni təmin edən yolların hələ də olmamasını vurğulayıb:
Düşünürəm ki, Qərb rayonlarımızın hamısını birləşdirən mükəmməl və müasir yol şəbəkəsi çəkilməlidir. Məsələn, Tovuzdan çıxırsan yola, çox rahat yolla hər yerdə dağlarla hərəkət edərək (Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın və Qubadlıdan keçməklə) bir neçə saata çatırsan Zəngilana…”
Qaynarinfo xəbər verir ki, bu təkliflə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov çıxış edib. O bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə ən vacib işlərdən biri yol infarstrukturunun bərpası və genişləndirilməsidir:
"Müasir yollar olmadan uğurlu bərpa və məskunlaşma çətin olar. Hətta elə yol şəbəkəsi qurulmalıdır ki, orada məskunlaşan insanları və oralarda yaradılan təsərrüfat subyektlərini torpağa "bağlasın”. Yolların bərpası və yol şəbəkəsinin genişləndirilməsi zamanı işğaldan əvvəlki ciddi səhvlərimiz düzəldilməlidir. Qərb sərhədlərimiz boyu müasir yolların olmasına xüsusi diqqət yetirilməlidir. Təəssüflə qeyd etmək istəyirəm ki, sərhədyanı rayonlarımızı və Şuşanı 1992-1993-də itirməyimiz həm də yol şəbəkəsinin yetərli olmaması ilə bağlı idi. Hər kəs gözəl bilir ki, 1992-ci ildə işğaldan əvvəl Şuşa şəhəri və ətraf kəndlər, həmçinin bütöv Laçın rayonu və Kəlbəcər rayonu yarımblokadaya düşümüşdü. Belə blokadanı yeganə yolun bərbad vəziyyətdə olması daha da qəlizləşdirirdi”.
Ərşad Hüseynov işğal zonasından kənarda olan Qərb rayonlarımızda da yetərincə əlaqəni təmin edən yolların hələ də olmamasını vurğulayıb:
"Məsələn, qonşu olan Gədəbəy və Daşkəsən rayonlarının mərkəzlərindən bir-birinə getmək üçün Gəncə və Şəmkirdən keçməklə 80 km-dən artıq məsafə qət etmək lazım gəlir. Amma bu rayon mərkəzlərini birləşdirmək üçün təxminən 20-25 km.-lik yol salınmalıdır.