SON XƏBƏR

Svetlana Tixanovskaya Putinə müraciət etdi

Sentyabr 14
15:44 2020
Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya Rusiya lideri Vladimir Putinə müraciət edib. 

Qaynarinfo xəbər verir ki, onun müraciəti Tut.by portalı tərəfindən Telegram kanalında yayımlanıb.

Tixanovskayaya görə, Soçidə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdə əldə edilən hər hansı bir razılaşma etibarlı olmayacaq, çünki o, ölkənin qanuni lideri deyil. O, müxalifətin hakimiyyətə gələcəyi təqdirdə Soçi danışıqlarının nəticələrindən sonra bağlanan bütün razılaşmaları yenidən nəzərdən keçirəcəyini bildirib.

İki ölkənin liderləri Boçarov iqamətgahında görüşəcək. Jurnalistlər orada olmayacaq, danışıqlar təkbətək formatda aparılacaq.

Prezidentlər Belarusun Rusiyaya olan dövlət borcunun yenidən qurulması mövzusunu, Birlik Dövləti haqqında razılaşma çərçivəsində inteqrasiya məsələlərini, enerji sektorundakı ortaq layihələri müzakirə edəcəklər. Heç bir sənədin imzalanması planlaşdırılmır.

İki liderin görüşü Belarusda 9 avqustda keçirilmiş prezident seçkisindən sonra başlayan kütləvi etirazlar fonunda baş tutacaq. Nümayişçilər ədalətli səsvermə keçirilməsini tələb edirlər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook