SON XƏBƏR

“Synergy Group”a yaxın yeni şirkətlər quruldu

Fevral 09
09:21 2017
«Synergy Group» MMC-nin Müşahidə Şurası sədrinin müavini Fərid Hüseynovun rəhbər təyin olunduğu şirkətlərin toplam nizamnamə kapitalı 41 milyon 600 min manatdan çoxdur.
 
Vergilər Nazirliyi məlumat verir ki, hüquqi ünvanı «Yeni Həyat» İş Mərkəzi olan «Protinus», «Hector», «Rock.», «Angelus» və «Afam Group» adlı məhdud məsuliyyətli cəmiyyətlər yaradılıb. Şirkətlər ötən ilin noyabrında qurulsa da, rəsmi məlumat mediada fevralın 8-də açıqlanıb.
 
«Hector» MMC-yə 28,6 milyon, «Protinus» MMC-yə - 5,2 milyon, «Rock.» MMC-yə 7,8 milyon manat ilkin kapital verilib.
Cavabdan yayınıblar
 
AzadlıqRadiosu adıgedən şirkətlərin «Synergy Group» MMC-yə aid olub-olmaması, onların fəaliyyət sahəsi ilə bağlı holdinqə müraciət etsə də, burada sorğuya cavab verməkdən yayınıblar.
 
2010-cu ildə yaradılan «Synergy Group» biznesin müxtəlif sahələrində çalışır. Qrupa rəsmi olaraq, 30-a yaxın, qeyri-rəsmi isə 60-dan çox şirkət daxildir. Bu şirkətlərin bəzisində xarici kapital da iştirak edir. Hüquqi sənədlərdə onun sahibinin Əşrəf Kamilov olduğu göstərilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook