SON XƏBƏR

“Söz” layihəsi çərçivəsində növbəti tədbir

Fevral 29
17:51 2016
Caz Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilən "Söz” ədəbi layihəsi çərçivəsində növbəti görüş təşkil edilib.
 
Bu dəfə layihənin qonağı yazıçı Günel Anarqızı olub. Tədbirdə tanınmış ədəbiyyat, incəsənət xadimləri, ədəbiyyatsevərlər iştirak ediblər.
 
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ədəbi-musiqili axşamda G.Anarqızının əsərləri Xalq Artisti Fəxrəddin Manafov, Əməkdar Artist Mehriban Zəki və başqaları tərəfindən səsləndirilib. Tanınmış cazmen-pianoçu, Əməkdar Artist Emil Əfrasiyabın ifaları tədbiri müşayiət edib.
 
Qeyd edək ki, bu, "Söz" layihəsinin sayca altıncı tədbiri idi. Layihə Azərbaycanın yazıçı və şairlərinin yaradıcılığının ölkə daxilində və beynəlxalq ədəbi mühitdə təbliği, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın artırılması, həmçinin, ədəbi inkişafın stimullaşdırılması məqsədi daşıyır.
 
Layihənin rəhbəri Nigar Həsənzadədir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook